!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Eldar Mahmudov rüşvətxor məmurları ifşa etmək əvəzinə, onlardan külli miqdarda pul alırdı” – İlham İsmayıl

!Reklam – Yazi

“O, bu cür əməliyyatları dövlətin yox, özünün maraqlarının təmin olunması üçün keçirirdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rüşvətxorluq və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan bəzi rayon icra başçılarına qarşı keçirdiyi əməliyyatlara münasibət bildirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayıl bildirib ki, bu əməliyyatlar sırf peşəkarlıq baxımından, DTX-ya tapşırılır:

“Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasən, informasiya toplamaqla məşğuldur. Düzdür, bu İdarənin əməliyyat şöbəsi var.

Lakin ilk dəfə Ağstafa, sonuncu dəfə isə Biləsuvarda məlum əməliyyatı effektli şəkildə həyata keçirmək üçün bu İdarənin imkanları yetərli səviyyədə deyildi. Ona görə də bu əməliyyatlar məhz DTX-ya tapşırılır”.

İlham İsmayılın fikrincə, bu əməliyyatlar əvvəlki rəhbərliyin dönəmində reputasiyası zədələnmiş təhlükəsizlik orqanının imicinin bərpasında mühüm rol oynayır:

“Eldar Mahmudov bu cür əməliyyatları dövlətin yox, özünün maraqlarının təmin olunması üçün keçirirdi. Yəni o, belə əməliyyatları məxfi qaydada keçirməklə, rüşvətxor məmurları ifşa etmək əvəzinə, onlardan külli miqdarda pul alırdı.

Mahmudov 11 il 3 ay davam etmiş rəhbərliyi dönəmində quruma hədsiz dərəcədə zərər vurmuşdu. Xüsusi xidmət orqanının zədələnmiş imicini və cəmiyyətin gözlədiyi ədalət prinsiplərinin bərpasında mühüm rol oynadığı üçün bu əməliyyatlar keçirilir. Bir sözlə, təşkilat üzərinə düşən funksiyanı yerinə yetirir”.

Səxavət Məmməd

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv