!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldəniz Səlimov YAP-dan çıxarılacaq? - Hakim partiyadan MÖVQE

!Reklam – Yazi

Yeni Azərbaycan Partiyası (YAP) polisi döydüyü bildirilən deputat Eldəniz Səlimovun məsələsinə baxmağa tələsmir.

Bu barədə Yenicag.az-a danışan YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamovun sözlərinə görə, Səlimovla bağlı hər hansı qərar vermək üçün araşdırmanın nəticəsini gözləməyə ehtiyac var:

“Belə bir hadisənin baş verməsi yaxşı hal deyil. Hadisə baş veribsə, rəsmi araşdırma aparılacaq və nəticədən asılı olaraq, YAP da bu barədə öz mövqeyini bildirəcək.

Lakin araşdırmanın nəticəsi açıqlanmadan kimin günahkar olub-olmadığına dair hər hansı fikir yürütmək qeyri-mümkündür və bu, düzgün də olmazdı”.

A.Zeynalov

www.yenicag.az

1135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv