“Heç kim məni qalmaqala sürükləyə bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış müğənni Eldəniz Məmmədov deyib.
O, lazım olanda sözünü dediyini bildirib, amma nəsihət formasında:
“Kimsə məni qalmaqala sürükləyə bilməz. Sözümü də deyəndə nəsihət kimi deyirəm. Yəni bunu belə etməyin, belə edin. Verilişlərdə söz düşüb, demişəm ki, gözəl səsiniz var, sadəcə olaraq toy bazarına işləyirsiniz, sənət göstərmirsiniz. Toy bazarına işləməklə də insanların zövqünü korlayırlar. Düzdür, mən də müəyyən bayağı mahnıları özüməməxsus tərzdə oxumuşam, amma mənim repertuarımda böyük bəstəkarların əsərləri də yer alıb. Yəni deyirəm ki, 5 bayağı mahnı oxuyanda, 1 dənə də keyfiyyətli mahnı oxuyun, axı bu potensial sizdə var”.
Sənətçi özünün də qalmaqala sürükləndiyini, lakin buna nail ola bilmədiklərini deyib:
“Elə efirlər var ki, sırf qalmaqala sürüklədikləri üçün o verilişlərə getmirəm. Mənim haqqımda da çıxıb söz dedilər, heç ona cavab da vermədim. Ailəni, övladlarını fikirləşib o qalmaqala getməmək lazımdır. Qalmaqal etmək asandır, amma sonrasını da düşünmək lazımdır. O yazılan şərhlərdə qalmaqal edən adamı biabır edirlər”.
Cəvahir
www.yenicag.az