!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elektron xidmətlərdə SIÇRAYIŞ: “Parlamentin iclasları da artıq onlayn rejimdə keçirilir” - İqtisadçı

!Reklam – Yazi

“Rəqəmsal texnologiyaların imkanlarından maksimum yararlanmaqda fayda var”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Mobil notariat” telefon tətbiqinin yaratdığı yeni imkanlara münasibət bildirən iqtisadçı Rövşən Ağayev deyib.

Rövən Ağayevə görə, bir sıra xidmətlərin elektronlaşdırılması müsbət hal olsa da, bu fəaliyyətin miqyasının genişləndirilməsinə ehtiyac var:

“Artıq etibarnamələri internet vasitəsilə onlayn rejimdə almaq imkanı yaradılıb. Hətta məhkəmələrin də onlayn keçiriləcəyi bildirilir. Hökumətin və parlamentin iclasları isə artıq çoxdan onlayn rejimdə keçirilməyə başlayıb. Bununla yanaşı, onlayn dərsləri də sınadıq.

Ümumilikdə bu gedişat ürəkaçan mənzərədir. Çünki rəqəmsal texnologiyaların imkanlarından maksimum yararlanmaqda fayda var. Lakin bu prosesin önündə elektron səsvermə gəlməlidir. Belə ki, seçki köhnə qaydalarla keçirilsə, dəyişən məzmun deyil, forma olacaq”.

Qeyd edək ki, “Mobil notariat” telefon tətbiqi vətəndaşlara notariat ofislərinə müraciət etmədən nəqliyyat vasitələrinin idarə edilməsinə dair, həmçinin vəkillərə verilən və sosial etibarnamələrin elektron qaydada rəsmiləşdirilməsi imkanı verir.

Gülşən Şərif

www.yenicag.az

1097
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv