Ələt-Astara yolunda təhlükə yaradan sürücü məsuliyyətə cəlb edildi

media-hightechnic-468x90

Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri edən “DAF” markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsü məsuliyyətə cəlb edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, idarəyə daxil olan məlumat əsasında araşdırma başlanılıb:

“Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05