!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Babacan AKP-dən getdi - Yeni partiya üçün start verildi

!Reklam – Yazi

Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) qurucularından olan Əli Babacan bu gün istefa verib.

Yenicag.az xəbər verir ki, AKP-nin qurucularından olan, sabiq iqtisadiyyat və xarici işlər naziri Əli Babacan bu gün AKP sıralarından istefa verdiyini açıqlayıb.

Babacan yazılı açıqlamasında “Son illərdə bir çox sahədə görülən işlər ilə inandığım dəyər və fikirlər arasında dərin fərqliliklər meydana gəldi. Əqlən və qəlbən bir ayrılıq yaşadım”, deyərək AKP-nin əvvəlki dəyərlərindən uzaqlaşdığını bildirib. Həmçinin, Babacan açıqlamasında yeni partiyanın qurulacağına da işarə edərək “Türkiyənin bu günü və gələcəyi üçün bir iş görmək artıq qaçınlmaz olmuşdur. Mən və bir çox dostum da belə bir iş üçün böyük, eyni zamanda, tarixi məsuliyyəti üzərimizdə hiss edirik”, – deyib. Qeyd edək ki, AKP daxilində “küskünlər” olaraq adlandırılan Əhməd Davudoğlu, Abdullah Gül və Əli Babacanın partiyadan ayrılacağı və yeni partiya quracaqları iddiasına Türkiyə mətbuatında geniş yer verilmişdi. Babacanın istefası AKP daxilindəki “küskünlər”in artıq hərəkətə keçdiyini göstərir.

www.yenicag.az

3222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv