!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədov TBMM sədri ilə görüşüb

!Reklam – Yazi

Baş Nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nəticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub.

Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb və bu proseslərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub, habelə ikitərəfli əməkdaşlığın digər perspektivləri müzakirə edilib. (Trend)

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv