!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Həsənovun məqaləsi Mərakeş qəzetində

!Reklam – Yazi

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitabları barədə məqalə dərc edilib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyindən AzərTAc-a bildiriblər ki, məqalədə hər iki əsərin Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində təqdimatının keçirildiyi diqqətə çatdırılıb. Səkkiz dildə nəşr olunan hər iki kitabda XX və XXI-ci əsrlərdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin təhlil olunduğu qeyd edilib. Məqalədə bildirilir ki, kitablarda ermənilərin dinc əhaliyə qarşı törətdikləri müharibə cinayətləri, soyqırımı aktı təkcə azərbaycanlılara deyil, bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Yeniçağ.az

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv