Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əli və Nino”nun mərkəzi filialı qarət olundu - ANBAAN VİDEO

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanında yerləşən filialı ötən gün qarət olunub.

Yenicag.az xəbər verir ki, bu barədə mağazanın təsisçisi Nigar Köçərli məlumat yayıb. O qeyd edib ki, hadisə ötən gün axşam saat 9 radələrində qeydə alınıb:

“Mağazaya 3 nəfər daxil olub. Onlardan biri suallarla satıcıların başını qatıb, digər iki nəfər isə işçilərə aid otağa daxil olaraq onların telefon və digər əşyalarını oğurlayıb. Mənzili və ya ofisi qarət olunanlar bizim nələr yaşadığımızı yaxşı anlayar. Xüsusən də, bu hadisənin Bakının mərkəzində baş verməsi çox təssüf doğurur. Oğurluq hadisəsi ilə bağlı polisə dərhal məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları şəhərin mərkəzində uzun müddət fəaliyyət göstərən bu quldur dəstəsini yaxşı tanıdıqlarını bildirdilər”.

Loading...

www.yenicag.az

169