Əliağa Şıxlinskinin 150 illiyi qeyd olundu

media-hightechnic-468x90

Mehmandarov-generalAzərbaycan Müdafiə Nazirliyi və Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə görkəmli hərbi xadim, general-leytenant Əlağa Şıxlinskinin 150 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Yenicag.az apa-ya istinadən bildirir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin general Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladığı, bu tədbirin də həmin silsilədən olduğu xatırladılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qonaqları salamlayıb və general Şıxlinskinin həyat yolundan danışıb.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Qazax rayonun yetirdiyi generallar, tanınmış hərbçilər, xüsusilə general Şıxlinski barədə danışıb. Nazir müavini bildirib ki, qazaxlı gənclər bu gün də hərbi peşələrə böyük maraq göstərir, milli ordumuzda Vətənə sədaqətlə xidmət edirlər: “Bütün cəbhəboyu bölgələrdə, eləcə də Qazax rayonunun müdafiəsində düşmən təxribatlarının qarşısı mərdliklə alınır, mütəmadi olaraq atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin vaxtında və layiqincə cavabı verilir. Həmişə olduğu kimi qazaxlılar bu gün də ordumuzun bu bölgədəki hissə və bölmələrinə dayaqdırlar, ordu ilə xalqın birliyi sarsılmazdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600