!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirildi

!Reklam – Yazi

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin Siyahısı” iki dəfədən çox genişləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Siyahıya gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), yıxılma detektorları, statik vertitikalizator, ayaq əyriliyi breketləri, daşına bilən panduslar, gözdən əlilliyi olanlar üçün ağ əsa, brayl əlifbası ilə yazılmış saat, brayl sistemi ilə yazı üçün cihaz, optik böyüdücülər, ekran-oxuyucuları (skrinriderlər), hamam otağı üçün stul və ya kətil, tualet kreslosu, hopdurucu bezlər və mələfələr,fərdi həyəcan-siqnalizasiya sistemləri, ünsiyyət lövhələri və s. reabilitasiya vasitələri də daxil edilib.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində, eyni zamanda əlilliyi olan şəxslərin rəy və təklifləri əsasında Siyahı üzrə reabilitasiya vasitələrinin sayı 57-dən 130-a çatdırılıb. Onlardan 81-i əsas reabilitasiya vasitələri, 49-u isə əlavələrdir.

Siyahıda hərəkətlilik, özünəqulluq, görmə, eşitmə və ünsiyyət üçün reabilitasiya vasitələrinin qruplaşdırılması aparılıb.

Qeyd edək ki, ÜST ilə əməkdaşlıq çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş təkliflər əsasında son 4 ildə Siyahıdakı reabilitasiya vasitələrinin sayı 3,8 dəfə artırılıb.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv