Reklam

Reklam

Bakıda qayınata gəlinin intim mesaj və videosunu canlı efirdə göstərib.

Yenicag.az “Azxəbər.com” saytına istinadən xəbər verir ki, bu barədə “Space” telekanalında tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında efirə gedən “Hadisə harada, Tahirə orada” verilişinə müraciət edən Slavik Qəribov bildirib.

O, qeyd edib ki, gəlini oğluna xəyanət edib:

“Gəlinim oğluma xəyanət edib. Əlimdə onun başqa kişi ilə intim video və mesajları da var”.

Qayınata gəlinin xəyanətini sübut etmək üçün mesajlardan birini verilişin aparıcısına təqdim edib. Mesajda yazılıb:

“Bir onu bil ki, Eldəniz hansısa məhkəmədə səninlə yazışdıqlarımı və ya şəkillərin birini üzə çıxarsa, mənim ölümümə səbəb sən olacaqsan. Bilirəm etdiyim səhvdir, ancaq mən səni sevmişəm”.

Qayınata iddia edir ki, gəlini sevgilisi ilə onun evindən 14 min dollar dəyərində olan qızıl-zinyət əşyalarını da götürərək qaçıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4709
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."