!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əliməmməd Nuriyev namizədliyini geri götürdü – SƏBƏB

!Reklam – Yazi

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib.

Yenicag.az verir ki, bu barədə Əliməmməd Nuriyev sosial şəbəkə hesabında özü məlumat yayıb.

 

“Əziz dostlar, 75 sayı seçki dairəsində seçki yarışını davam etdirməməyə qərar verdim. Siyasət mümkün olanı etmək sənətidir. Siyasət, həmçinin imkanları dəyərləndirmək sənətidir. Müdrik Platon deyirdi ki, siyasətdə ən yaxşı bacarıq mümkün olanı düzgün müəyyənləşdirməkdir.

İndiki halda mümkün olanın ən yaxşısını etdik, namizədliyimi irəli sürməklə Yardımlı və Masallının çətinliklərini diqqətə gətirdim. Regionu diqqətdə saxlamağın vacibliyini anlatdıq. Yerli icmaların dərdi-sərini dönə-dönə anlatdıq, dinləmələrinə nail olduq. Təbii qazla təchizat problemini, meşələrin qırılmasını anlatdıq. Təqribi hesablamalar göstərir ki, 100-dən çox ailənin yaşadığı kəndin qışı başa vurması üçün 1000-dən çox ağac qırılır. Ümumi mənzərəni artıq Siz təhlil edin…”, – deyə o bildirib.

Qeyd edək ki, Əliməmməd Nuriyev sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclis seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürmüşdü.

Rafi Müslümov

COP29

www.yenicag.az

258
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv