Əliyev-Putin görüşü niyə BAŞ TUTMADI? – Kreml rəhbərindən yayındırıcı MÜNASİBƏT

media-hightechnic-468x90

“Putin həmin məsələlərə münasibət bildirməkdən yayınaraq görüşdən uzaq durub”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin Çində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək istəməməsinin səbəbini şərh edib.

Politoloq bildirib ki, əgər Putin Prezident İlham Əliyevlə bir araya gəlməkdən boyun qaçırıbsa bu, Rusiyanın Azərbaycanla münasibətləri yoluna qoymaq niyyətində olmadığını göstərir:

“Bizim konkret gözləntilərimiz var. Təyyarəmiz vuruldu, əlavə olaraq azərbaycanlılara qarşı Rusiyada amansız davranışlar sərgiləndi. İstəyimiz bu hadisə ilə bağlı Rusiyanın konkret mövqe ortaya qoyması və lazımi addımları atmasıdır. Lakin Putin həmin məsələlərə münasibət bildirməkdən yayınaraq görüşdən uzaq durub. Qısacası, belə olan halda Moskvanın Bakı ilə yaratdığı soyuq münasibətlərin yaxın zamanda aradan qalxması real görünmür”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa