Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib

media-hightechnic-468x90

sergey-elmarAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, E. Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir A. Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S. Lavrova dərin hüznlə başsağlığı verib.

Nazir öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından A. Karlovun ailəsinə və yaxınlarına başsağlığı diləklərinin çatdırılmasını xahiş edib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600