Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elmar Vəliyevin oğlu daha bir vəzifəsindən istefa verdi

Gəncə şəhər İcra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev daha bir vəzifəsindən istefa verib.

Yenicag.az xəbər verir ki, Elmir Vəliyev hazırda “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri vəzifəsini icra etmir. O, öz istəyi ilə ictimai birlikdə olan fəaliyyətini dayandırıb.

Məsələ ilə bağlı sayt Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla əlaqə saxlayıb. İdarə sədri bildirib ki, Elmir Vəliyev “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyində sədr vəzifəsini icra etmir. O, fəaliyyətini sonlandırdığı üçün onun işini könüllülər həyata keçirir.

Qeyd edək ki, Elmir Vəliyev 2014-cü ildə “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri seçilmişdi./Unikal.org/

Loading...

www.yenicag.az

7351
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100