!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elnarə ÖZÜNDƏN ÇIXDI: “Mən də sizin kimi evlər dağıdım?”

!Reklam – Yazi

“Özümü incə xanım kimi göstərib, camaatın cibinə girim?”

Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva “7 tamam” verilişində deyib.

Sənətçi sosial şəbəkələrdə ünvanına yazılan şər-böhtanlardan danışaraq, onu bəyənməyənlərə səslənib:

“Yazırlar ki, özünü xanım kimi apar. Bunu da yazanların hamısı xanımlardır, kişilər deyil. Üzümü tutub demək istəyirəm ki, özümü incə xanım kimi göstərib, camaatın cibinə girim? Sizin kimi evlər dağıdım? Mən kobudam, mən kənd adamıyam, mən beləyəm.

Sevirsən, mənə bax, sevmirsən baxma. Sən nə düşüb yazırsan, telefona baxmaqdan gözünün qarası gedir, a bədbaxt. Yazırlar ki, üzünə botoks vurdurub. Ay tövbə, üzümdə elə şey yoxdur. İndi bunu yazmaqla da dəlinin yadına daş salırlar.

Etdirməmişdim, amma bu sözlərdən sonra gedib etdirəcəm. Olmayanı danışmaqla, yazmaqla niyə özünüzü günaha batırırsız? Əslində, mənim o insanlara yazığım gəlir”.

Nehru

COP29

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv