Eluca Atalı ilə görüş-FOTO

media-hightechnic-468x90

11722036_1000639593300233_691501446_nİyulun 6-da Ümid Partiyasının akt zalında İsveçdə yaşayan soydaşımız, yazıçı Eluca Atalının son aylar Türkiyədə çap olunan “Atlara kurşun sıkmayın” və “Azadlıq hekayələri” adlı kitablarının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Ümid Partiyasının İctimaiyyətlə Əlaqələr və Xaricdə Yaşayan Soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı Eluca Atalının yaradıcılığı, onun son illər Bütöv Azərbaycan mövzusunda qələmə aldığı əsərlər, eyni zamanda həyat yoldaşı tanınmış siyasi mühacir Babək Azadla birgə Güney Azərbaycan problemlərini daim AzadTV kanalında əks etdirmələrinə toxunaraq İsveçdəki soydaşlarımızın fəaliyyəti və Eluca Atalının çalışmaları xüsusunda danışmaq üçün ilk sözü Bakıda səfərdə olan Güney Azərbaycan Konqresinin sədri Abdullah Əmir Haşimi Cavanşirə verdi. Abdulla bəy Güney Azərbaycan məsələsinə öz əsərlərində önəm verən Eluca Atalıya uğurlar diləyərək, İsveçdə fəaliyyət göstərən Azərbaycan Diasporasının son dönəmdəki çalışmalarına diqqət çəkdi. Sonra çıxış üçün söz kitabların redaktoru Əntiqə Qonaqlıya verildi. Əntiqə xanım kitablar haqqında məlumat verib Türkiyənin ayrı-ayrı şəhərlərində, o cümlədən İstanbul, Canaqqala, İzmir, Kayseri , Bursa ve Ankarada baş tutan təqdimat mərasimlərinə işarə edərək kitabların bütün Türk Dünyasında da rəğbət qazanacağına ümid etdiyini bildirdi. Daha sonra kitablarla bağlı tədbir iştirakçılarının çıxışları eşidildi. Çıxış edənlər Ümid Partiyası Ali Məclisinin sədri Rəfael Tağızadə, Asif Ata Ocağının təmsilçisi Elli Atayurd, AMEA-nın emekdaşı, yazıçı Yədullah Kənani, Türkiyədən folklorşünas alim Oğuz Doğan, filosof-alim Faiq Ələkbərrov, DAK İH-nin üzvü Babək Muğanlı, daha sonar ictimai fəal Sədaqet İsmayılova, yazar Telman Oğuzyurd , yazıçının müellimi Təbiət Abdullayeva Eluca Atalı yaradıcılığı ve kitabları haqda fikirlerini paylaşdılar. Bədii qiraətçi Ülker Piriyeva isə yazıçının hekayəsini mərasim iştirakçıları üçün qiraət etdi. Daha sonra söz alan müəllif iştirakçılara ve Ümid Partiyasına təşəkkür ederek öz yaradıcılığının süjet xətti, müraciət etdiyi mövzuların səbəbləri, özellikle Urmu Gölü faciəsi ve Güneydeki olaylar haqda fikrini söylədi. Eluca Atalı habelə istər “Atlara kurşun sıkmayın”, istərsə də “Azadlıq hekayələri” kitablarında Güney Azərbaycandakı soydaşlarımızın durumu, mühacirət səbəbləri, xomeynizmin mahiyyəti, azadlığın və azad insanın önəmi haqda da mərasim iştirakçıları ilə düşüncələrini bölüşdü.Təqdimat mərasimi yazıçının kitablarının imzalanması ve kitabdakılar haqda suallarla davam etdi. Tədbirin sonunda iştirakçılar son günler Doğu Türküstanda baş verən faciəyə də öz etirazlarını bildirərək orada baş verən insanlığa zidd olayları qınadılar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600