!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılacaq - Dəyişiklik təsdiqləndi

!Reklam – Yazi

Prezdident İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, qanunun 41-ci maddəsi aşağıdakı redaksiyada verilib:

Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

***

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 355-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231, № 4, maddə 653, № 7, maddə 1220, № 8, maddə 1390) 2.3-cü bəndində “, 32.2-ci və 41.1-ci” sözləri “və 32.2-ci” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 355-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

www.yenicag.az

885
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv