“Nə mən onun pulunu görmüşəm, nə də o mənim”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva “Xəzər axşamı” verilişində deyib.
Ailədə büdcənin bir olmadığını deyən sənətçi şəxsi həyatı ilə bağlı sirlərini bölüşüb:
“Həyat yoldaşım sənət adamı olmayıb, ticarətlə məşğul olub. Amma hər ikimiz yaxşı pul qazanmışıq. Bununla belə, mən ondan heç nə tələb etmirdim. Hər kəs pulunu özü yığıb, öz puluna özü nəzarət edib. Nə mən onun pulunu görmüşəm, nə də o mənim”.
Nehru
www.yenicag.az