!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artisti bir kəlməsinə görə TOPA TUTDULAR: “Mənə yazdılar ki…”

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva tənqidlərə tuş gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə aktrisa özü açıqlama verib.

O, uzun illərdir ki, evsiz olduğunu, bu barədə açıqlama verəndən sonra insanların onu yalan danışmaqda ittiham etdiyini və qınadığını təəssüf hissi ilə deyib:

“Elgizin Pirallahıda yerləşən bağına getdim. Dedim ki, Pirallahıda torpaq istəyirəm. İstədim və dedim ki, versələr, alaram, yaşayaram. Mənə yazdılar ki, Kübranın gözü doymur”.

Əməkdar artist buna görə pis olsa da, onlara cavab vermədiyini bildirib:

“Heç birinə cavab vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Bu dəqiqə heç mənim öz evim yoxdur. Evimi bağışlamışam qızıma və orada da yaşayıram. Dünyadan köçəndən sonra o ev qızımındır”.

O bunu “Elgizlə izlə” proqramında deyib.

Qeyd edək ki, aktrisa uzun illərdir ki, Türkiyədə yaşayan qızının yanına köçüb, onunla birgə yaşayır. Ara-sıra Bakıya gəlir. Səhhəti ilə əlaqədar yaradıcılıqla məşğul olmayan aktrisa son illər sosial proqramda ekspert kimi iştirak edir.

Cəvahir

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv