!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ Ümumilli liderin fəaliyyəti bütövlükdə dünya siyasi tarixi üçün hər zaman öyrəniləcək bir örnəkdir” - Emil Nəsirli

!Reklam – Yazi

 

“Tarix elə bir hakimdir ki, nə qədər illər keçsə də, həqiqət heç vaxt öz mahiyyətini itirmir. Bəzən bir günün əhəmiyyəti və dəyəri o qədər mükəmməl şəkildə formalaşır ki, bundan sonrakı bütün tarix həmin günün işığına bağlı olur. Belə bir tarix örnəyin isə yaradıcıları heç şübhəsiz fenomenal gücə sahib , seçilmiş şəxsiyyətlər olur. Müasir Azərbaycan tarixi üçün bu zirvənin fatehi Ümummilli Lider Heydər Əliyevdir. Tarixi gedişatı dəyişən və gələcək tariximizi müəyyənləşdirən gün isə 15 iyundur!”- bunu Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Heydər Əliyev. Həyatının 100 anı” kitabının Redaksiya Heyətinin sədri, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, beynəlxalq məsələlər üzrə ekspert, tanınmış jurnalist Emil Nəsirli bildirib.

15 iyunun Qurtuluş Günü adlandırılmasının tarixi, siyasi mahiyyətinə toxunan ekspert qeyd edib ki, xalqımızın Heydər Əliyev kimi əvəzsiz və əziz övladı olmasaydı, şübhəsiz bu gün müstəqil, qüdrətli Azərbaycan mövcud deyildi: “90-cı illərin əvvəllərindən başlayan siyasi hərc-mərclik, iqtisadı böhran, insanların ümidsizliyi Azərbaycanın dövlət müstəqilliyi əldə etdiyi zamanda pik həddə çatmışdı. Sözdə müstəqil dövlət elan olunsa da, faktiki olaraq ərazilərimiz işğal olunmuş, dövlət xarici düşmənlərimizin nəzarəti altında olan müxtəlif etnik, siyasi və hərbi qüvvələr tərəfindən parçalanmışdı. Nəinki dövlət müstəqilliyi, bütövlükdə Azərbaycan adlı bir məmləkətin, Azərbaycan adlı bir xalqın varlığı şübhə altında idi. Belə bir şəraitdə dahi rəhbər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi yox olmaqdan qurtuluş idi. Ulu öndərin yüksək idarəçilik qabiliyyəti, heyrətamiz enerjiylə inkişafa yönəlik fəaliyyəti və müqayisə olunmaz dərəcədə xalq və dövlət sevgisi Azərbaycanı bu böhrandan xilas etdi. Bu tarixdə əvəzi görünməyən bir Qurtuluş mücadiləsi idi”.

Emil Nəsirli Ulu Öndərin Azərbaycanın müstəqil dövlət kimi qurtuluşu uğrunda mübarizəsini hələ sovet illərindən başladığını qeyd edib: “Biz bu gün həmin uğursuz illəri ürək ağrısı ilə xatırlayırıq və düşünürük ki, nə yaxşı Azərbaycanın Heydər Əliyev kimi Vətənini sevən, bütün fəalliyəti dönəmində xalqın maraqlarını həyatının, fəaliyyətinin prioriteti seçən oğlu olub. Hələ keçmiş SSRİ dövründə istər ölkəmizdə, istər ittifaq rəhbərliyi dönəmində Heydər Əliyev Azərbaycana sədaqətini konkret işləri ilə sübut edib. Bu gün ana dili dediyimiz Azərbaycan dili bir zamanlar sıradan çıxmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yabançı dillər məqsədli şəkildə cəmiyyətə sırınır, müqəddəs dilimiz sıxışdırılır, kitablarımız belə özgə dillərdə çap olunurdu. Xalqımızın intibahının, milli özünüdərkin formalaşmasının müəllifi kimi Heydər Əliyev bütün təhlükələrə, çətinliklərə baxmayaraq ittifaq dönəmində Azərbaycan dilinin dövlət dili statusu almasına nail oldu. Bundan başqa, ziyalılarımızın, aydınlarımızın repressiyadan qorunması, gənclərimizin ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil alması, ölkəmizin millləşdirilməsi gələcək müstəqil Azərbaycanın yaradılması üçün ideal konsepsiya proqramı idi. Ulu öndər daha böyük bir tarixi hadisəyə imza ataraq Cəmşid Naxçıvanski adına Hərbi liseyin Bakıda açılmasına nail oldu. Bu litsey ölkəmiz müstəqillik əldə etdikdən sonra ordu quruculuğu prosesində, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə öndə olub. Şər imperiyasının çöküşündən sonra tarixi müstəqilliyinə ikinci dəfə qovuşmüş Azərbaycan azadlıq sevincini yaşamamış onu itirilmək təhlkəsi ilı baş- başa qalmışdı. Azərbaycanın o zamankı rəhbərliyinin bərbad daxili-xarici siyasətinin nəticəsi olaraq ölkə məhv olmağın bir addlmlığında idi. Xaos, anarxiya, hərbi müxalifətin varlığı o anlamı verirdi ki, yıxılan bu ölkəni ayağa qaldırmaq mümkün deyil. Bununla yanaşı, torpaqlarımızın işğal olunması, insanların doğma yurdundan qaçqın düşməsi, işsizlik, sosial narazılıq, vətəndaş müharibəsi, separatizm meylləri Azərbaycanı faciə ilə baş-başa buraxmışdı. Gözlər Naxçıvana, əvəzsiz Heydər Əliyevə dikilmişdi. Beləliklə, xalqın təkidi və tələbi ilə əsl xalq lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Gözləntilər reallığa çevrildi, qısa zaman kəsiyində sabitliyə nail olan Azərbaycan daxili, xarici siyasət kursunu dəyişərək qlobal arenanın sayılıb – seçilən ölkəsi oldu. Dahi lider beynəlxalq aləmlə milli maraqlar çərçivəsində əməkdaşlığı genişləndirərək Azərbaycanın imicini müsbət mənada dəyişdi. Ümummilli liderin sabitlik məkanına çevirdiyi Azərbaycan ölkələrin, investorların maraq dairəsinə düşdü. Azərbaycan Heydər Əliyevin liderliyi ilə daha bir tarixi hadisəyə imza ataraq xarici və daxili qüvvələrin maneçiliyinə baxmayaraq “ Əsrin müqaviləsi”nin bağlanmasına nail oldu. Bununla da Heydər Əliyevin birbaşa rəhbərliyi ilə “Yeni neft strategiyası” və doktrinası, böyük iqtisadi layihələt uğurla həyata keçirilərək gələcək qüdrətimizin təminatçısı oldu. Məhz bu təminatla bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş ölkə kimi regionun super gücü, dünyada qəbul olunan vacib tərəfdaş ölkədir. Ulu öndər Heydər Əliyev umumbəşəri dəyər kimi dünyada adı və imzası qibtə ilə xatırlanan nadir siyasətçi, sevgi ünvanıdır. Qüdtətli Türkiyə dövlətinin lideri cənab Ərdoğanın sözləri ilə ifadə etsək, Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”.

Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Ümummilli Lider Heydər Əliyevin və 15 iyun Qurtuluş Gününün Azərbaycan tarixində xüsusi bir zirvə oduğuni bildirərək sonda qeyd edib: “15 iyun Qurtuluş günü və həmin günlə başlayaraq Ulu Öndərin dövlət quruculuğu fəaliyyəti Azərbaycan tarixində əvəzolunmaz bir məqama malikdir. Bu elə bir zirvə nöqtəsidir ki, tək Azərbaycan yox bütövlükdə yaşadığımız bölgə həmin gündən başlayan siyasi prosesin məntiqi davamı olan inkişaf və tərəqqi yolunu keçir. Ümummilli lider Heydər Əliyevin bu illər ərzindən xaosdan sabitliyə, böhrandan inkişafa, tənəzzüldən tərəqqiyə yönəlik fəaliyyəti bütövlükdə dünya siyasi tarixi üçün hər zaman öyrəniləcək bir örnəkdir. Bu mənada Ulu Öndər Heydər Əliyev Azərbaycan inkişafının, dövlətinin hər zaman dünya üzərindən parlayan əbədi günəşidir”.

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv