Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Emin Əmrullayevdən Nazirliyi ifşa edən MİQ AÇIQLAMASI - FOTO

Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu imtahanlarının (MİQ) yaratdığı narazılıqla bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, nazir narazılıqlardan xəbərdar olduqlarını qeyd edib.

“Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”, – deyə Emin Əmrullayev bildirib.

Nazirin açıqlaması bir növ özünüifşa xarakteri daşıyır. Belə ki, Emin Əmrullayevin test tapşırıqlarının müqayisəli elmi təhlilinin aparılacağını bildirməsi ortaya maraqlı sual çıxarır: Görəsən, test tapşırıqları hazırlanarkən komissiyadan keçməyibmi? Keçibsə, o zaman dəyərləndirmə necə olub ki, seanslararası çətinlik səviyyəsi arasında bu qədər uçurum meydana gəlib?

Hər bir halda, təxmin etmək olar ki, nazirin qeyd etdiyi “müvafiq qərar” hansı yöndə olacaq.

Aqil Bəkir

www.yenicag.az

369
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100