Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizədi Emin Hacıyevin Rusiyada 13 illik fəaliyyəti ilə bağlı videoçarx hazırlanıb.
Yenicag.az xəbər verir ki, rolikdə gənc namizədin fəaliyyəti qısa şəkildə təsvir edilib. Videonu sosial şəbəkədə paylaşan E. Hacıyev yazıb:
“Milli dəyərlərimizi, Azərbaycan həqiqətlərini ölkədən kənarda tanıtmaq vətənini sevən hər bir Azərbaycanlının borcudur. Biz Vətəni sevməyi böyüklərimizdən, Ulu Öndərimiz Heydər Əliyevdən öyrəndik. Vətənini ürəkdən sevən biri olaraq illərdir mən də var gücümlə çalışıram və çalışmağa da davam edəcəyəm. Bu şərəfli işdə bizə hər zaman dəstək olan Heydər Əliyev Fondunun vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri xeyirxah, mehriban və gülərüz Leyla Xanım Əliyevaya öz dərin minnətdarlığımı bildirirəm”.
www.yenicag.az