Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşdə çıxışında qeyd edib.
Cəmiyyətin konsolidasiyasının ən mühüm amil olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Belə bir konsolidasiya Prezident, Ali Baş Komandan kimi mənə mənəvi güc verdi. Əmin idim ki, cəmiyyət və xalq mənim arxamda duracaq. Bu, yəqin ki, həlledici amillərdən biri idi”.