Ən bahalı futbolçuların adları açıqlandı - SİYAHI

media-hightechnic-468x90

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.

Yenicag.az xəbər verir ki, siyahının ilk pilləsində “Mançester Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb. 23 yaşlı norveçlinin transfer qiyməti 245,1 milyon avro göstərilib.

“Real”ın və Braziliya yığmasının vingeri Vinisius Junior (196,3 milyon avro) ikinci, “Arsenal”ın və İngiltərə millisinin hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.

İlk “10-luq”da Dortmund “Borussiya”sından Cud Bellinqem (190,2), “Real”dan Rodriqo (184,5), “Barselona”dan Pedri (178) və Qavi (174,1), “Bavariya”dan Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var.

//oxu.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600