Ən təhlükəli terror təşkilatları hansılardır?

media-hightechnic-468x90

78479National İnterest məcmuəsi Vaşinqton üçün dünyanın ən təhlükəli 5 terrorçu qrupunun siyahısını hazırlayıb.

Birinci yerdə İslam Dövləti təşkilatıdır. CİA-in ehtimalına görə, onun 31 min döyüşçüsü var. Bu təşkilatın o birilərdən əsas fərqi odur ki, hətta al-Qaidanın edə bilmədiyini edir, yəni torpaq tutur, Ərəb dünyasının ortasında xilafət elan edir. İD bunu ən zorakı şəkildə edir. Zorakılıqla bütün mümkün müqavimətin kökünü kəsmək istəyir.

İkinci yerdə Boko Haramdır.Nigeriyanın şimal-şərqindən olan bu cihadçı qrup 2011-ci ilin mayından bu günə kimi 6742 adam öldürüb. 2009-cu ildə Abubakr Shekau onun yeni lideri olandan Boko Haram Nigeriya hökumətinə qarşı yalnız bir taktika seçib, o da terrordur.

Bu təşkilat nəinki 300 məktəbli qızı qaçırdıb, onlar bəzi məktəblərdə şagirdləri diri-diri yandırıblar. Nigeriya ordusu Boko Harama qarşı mübarizəsində bu təşkilata simpatiyası olanları da cəzalandırır, bu vaxt bir çox günahsız adamlar əziyyət çəkir. Bu səbəbdən ABŞ Nigeriya ordusuna bəzi hərbi yardımları dayandərıb.

3-cü yerdə İslam İnqilabi Qvardiyası Korpusudur və ya Qüds qüvvəsidir. İnqilabi Qvardiyanın xaricdəki əməliyyat bölməsini ABŞ hökuməti beynəlxalq terrorçu qruplar sırasına salmayıb.Ancaq İranın İnqilabi Qvardiyasının bu çox məxfi bölməsi çox da effektiv işləyir. O, regionda terrorçu qruplarla əlaqə saxlayır, dəstək verir. Məhz bu səbəbdən Qüds qüvvəsi çox təhlükəlidir.

CİA-in keçmiş əməliyyatçısı New Yorker jurnalına deyib ki,Qüds qüvvəsinin komandiri “Süleymani hazırda Yaxın Şərqdə ən qüdrətli əməliyyatçıdır, onun adını isə heç kim eşitməyib”.

Haqqani şəbəkəsi siyahıda 4-cüdür. Əfqanıstanda Amerika qoşunları əleyhinəən güclü partizan hücumlarını məhz bu qrup təşkil edir. Ən yüksək səviyyədə və ən yaxşı təşkil olunmuş hücumlar Kabildə olur.Əfqanıstanın güclütəhlükəsizlik tədbirlərinə baxmayaraq hücum təşkil edə bilən bu qrupun gücü təkcə hücumda deyil, həm də aradan çıxmaq bacarığındadır. Bu qrupun ən böyük təhlükəsi isə Talibanın daha geniş hücumlarına şərait yaratmasındadır. Haqqaninin Əfqanıstanın şərqindəki tayfalarla da sıx əlaqəsi var.

5-ci yerdə Kataib Hizbollahdır. Üzünü qara yaylıqla bağlayıb, gecəyarı gedib adamları tutub-gətirən və işgəncədən sonra başlarına güllə vuranlar kimlərdir? Bu, İD yaraqlıları deyil. Bu, Kataib Hezbollahdır. Kataib Hezbollah 2006-cı ildə İraqda gözətçilik edən ABŞ patrullarını öldürmək üçün yaradılıb. Bağdadın ən qorunan yeri Yaşıl Zonadır. Kataib Hezbollah öz hücumlarını birbaşa Yaşıl Zonada edirdi. İraq Ordusu ağlagəlməz şəkildə dağılandan sonra Kataib Hezbollah daha da güclənib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600