Türkiyənin İzmir şəhərində terrorçulara dəstək və cəsusluqda ittiham olunaraq həbs olunan amerikalı keşiş Endryu Branson azadlığa buraxılıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə onun 3 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb.
Bu müddət onun həbsdə olduğu dövrdən çıxılıb və Endryu Branson məhkəmə zalından azadlığa buraxılıb.
Həmçinin onun Türkiyəni tərk etməsinə qoyulan qadağa da ləğv edilib.
Həşim Səhrablı