Bu gün Azərbaycanın bütün bölgələrində 8 noyabr – Zəfər Günü böyük coşqu ilə qeyd edilir.
Yenicag.az xəbər verir ki, paytaxt Bakıda Zəfər yürüşü təşkil edilib, bütün şəhər Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib, əlinə bayraq alan minlərlə insan bir-birilərilə sevinclərini bölüşüblər.
Yenicag.az əməkdaşı da paytaxt sakinlərinin sevincini ölümsüzləşdirib, həmin anları videoyazıya köçürüb.
“Yeni Çağ” mikrofonuna danışan müharibə iştirakçıları ötən ilin bu gününü necə xatırladıqlarını bizimlə bölüşüb, şəhidlərin canı və qanı bahasına əldə edilmiş zəfər sevinci ilə bağlı duyğularını dilə gətiriblər.
Qazilərimiz duyduqları sevincdən dolayı şəhid analarından üzr istəyiblər.
Paytaxtdan geniş videomaterialı təqdim edirik:
Cavid
Naiq
www.yenicag.az