Enerji böhranı qapıdadır: ABŞ-İran gərginliyi dünyaya necə təsir edəcək?

media-hightechnic-468x90

“İranın dünən gecədən etibarən ərəb ölkələrini vurması dünyada iqtisadi böhranın davam etməsi mesajıdır.”

media-banner_tuq

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Sahil Kərimli bildirib.

Politoloq dünən axşamdan etibarən İranın Küveyt və digər bölgələrdə yerləşən ABŞ bazalarına qarşı raket hücumları həyata keçirməsini şərh edib:

“İran və ABŞ arasında aylardır davam edən danışıqlarda heç bir nəticənin əldə olunmaması və tərəflərin bir-biri ilə sadəcə tələblər dili ilə danışması onu deməyə əsas verir ki, yaxın günlərdə yenidən hərbi qarşıdurma yarana bilər. Beləliklə, son bir sutka ərzində tərəflər arasında yenidən hərbi qarşıdurma baş verib. Hesab edirəm ki, bu dəfə qarşıdurma daha ağır və daha dağıdıcı nəticələrlə müşayiət olunacaq.

Maraqlıdır ki, bu dəfə ilk həmləni İran həyata keçirdi və ilk zərbələri də İran endirdi. İran Körfəz ölkələrindəki ABŞ hərbi bazalarını və bir sıra ərəb ölkələrini hədəfə alıbsa, deməli, vəziyyət olduqca təhlükəli və gərgindir. Artıq son saatlarda ABŞ da cavab zərbələrini gecikdirmədi və İranın bu addımına qarşı sərt reaksiya verməyə başladı.

Vəziyyət çox kritikdir. Görünən odur ki, tərəflər danışıqlar masasında heç bir nəticə əldə edə bilmədilər ki, bu da gözlənilən idi. Bunun səbəbi hər iki tərəfin bir-birinə qarşı çox sərt tələblər irəli sürməsi və danışıqlar prosesində təqdim olunan təkliflərin ağır hesab edilməsidir. Ona görə də proses yeni qarşıdurma mərhələsinə gətirib çıxardı. Prosesin bundan sonrakı inkişafı Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirib.”

S. Kərimli dünya iqtisadiyyatının yeni böhran astanasında olması ilə bağlı da fikirlərini bölüşüb:

“Dünya iqtisadiyyatında yenidən böhran gözlənilir. ABŞ-İran arasındakı son qarşıdurma dünyada iqtisadi geriləmələrə və enerji böhranına gətirib çıxarmışdı. Hərbi əməliyyatlar davam etdikcə bu böhranlar qarşıdakı dövrlərdə daha da dərinləşəcək.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05