Əntiqə Rəşidin yeni kitabı çapdan çıxdı - FOTO

media-hightechnic-468x90

Tanınmış jurnalist Əntiqə Rəşidin bu günlərdə yeni kitabı çapdan çıxıb.

Yenicag.az xəbər verir ki, “Ömrümün 44 günü: Qarabağ, ölüm mələyi və mən” kitabı jurnalistin sayca ikinci kitabıdır.

Xatırladaq ki, Əntiqə Rəşid 2020-ci il 27 sentyabrda – Vətən Müharibəsi başlayanda fəaliyyət göstərdiyi “Ədalət” qəzetindən könüllü olaraq cəbhə xəttinə getmiş, orada 44 gün, əlavə 16 gün də Qarabağ bölgəsində qalaraq fəaliyyətini davam etdirmişdi.

O cəbhə xəttində yerləşən, bombardmana məruz qalmış Ağdam, Bərdə, Tərtər, Ağcabədi rayonlarından, eyni zamanda, raket hücumlarından əziyyət çəkən kəndlərindən, bölgənin insanlarından reportajlar, müsahibələr, oçerklər, xəbərlər və digər müxtəlif səpkili məqalələrlə ictimaiyyəti məlumatlandırmışdı.

“Ömrümün 44 günü: Qarabağ, ölüm mələyi və mən” kitabında 44 günlük savaşın getdiyi bir dövrdə və savaşdan sonrakı cəbhə xəttindəki hadisələrlə bağlı məqalələr yer alıb. Bir sözlə, 335 səhifədən ibarət olan kitab yazarın 44 günlük və sonrakı günlərdəki fəaliyyətini əks etdirir.

Xüsusən, müəllifin övladı döyüşdə olan valideynlərlə, sığınacağa yerləşmiş müvəqqəti köçkünlərlə, sovqat və bağlamalarla ziyarət etdiyi hərbiçilərlə olan görüşləri və söhbətləri kitabın ən maraqlı detallarındandır. Azərbaycan ordusunun uğurlarının xalq arasında dəstəklənməsi, elliklə sevincə səbəb olması müəllifin dili ilə daha təsirli şəkildə çatdırılır.

“Red N Line” nəşriyyatında işıq üzü görən kitab olduqca maraqlıdır və hər bir səhifə oxucuda həyəcan yaradır. Oxucu sanki müəlliflə birgə cəbhə xəttini addım-addım gəzir, bəzən təəssüflənir, bəzən göz yaşlarına hakim ola bilmir, bəzən özünü çarəsiz durumda görür, bəzən sevinir, bəzən qürurlanır.

Qeyd edək ki, müəlliflə söhbətimizdə o bildirdi ki, ilk kitabı olan “Ömrümün köç günlüyü” 2020-ci ilə qədər – Vətən müharibəsinə qədər yazdığı məqalə və bədii əsərlərdən ibarətdir:” Qarabağ hər zaman mənim qarabağlı olaraq, köçkün olaraq, yazar olaraq yaralı yerim olduğu üçün məqalələrim böyük əksəriyyəti Qarabağ mövzusuna həsr olunub. “Ecoprint” mətbəəsində 500 tirajla çapdan çıxan ilk kitabım isə 326 səhifədən ibarətdir”.

media-img_1211

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa