Entoni Coşua Vladimir Kliçkonu nokautla məğlub edib - VİDEO

media-hightechnic-468x90

Britaniyalı boksçu Entoni Coşua IBO, IBF və WBA versiyaları üzrə çempion titullu görüşdə ukrayna təmsilçisi Vladimir Kliçkonu məğlub edib.

Yeniçağ.Az xəbər verir ki, Coşua Kliçkonu 11 raunda texniki nokautla məğlub edib.

Döyüş Londonun “Uembli” stadionunda keçirildi.

Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.

Beləliklə, Kliçko peşəkar karyerasında keçirdiyi 69 döyüşdən 64-də qələbə qazanıb (53-ü nakautla) və 5 məğlubiyyət yaşayıb. Coşua isə hələ də peşəkar rinqdə məğlubiyyət görməyib – 19 qələbə, hamısı nakautla.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600