Epşteyn, Simpsonlar və Gülənin ortaq nöqtəsi: Çirkin mexanizmin fərqli üzləri

media-hightechnic-468x90

Uzun illərdir hamı eyni sualı verir: Simpsonlar bunu haradan bilirdi? Trampın prezidentliyi, qlobal xaos, gizli adalar, qaranlıq elitalar… Biz də baxıb deyirdik: “Bunlara vəhy gəlir”. Sən demə, peyğəmbərlik-filan yoxmuş; sadəcə dost çevrəsi çox maraqlı imiş.

İndi daşlar yerinə oturur. Məlum olur ki, “hər şeyi bilən” Simpsonlar təsadüf deyilmiş. Çünki serialın qurucusu Met Qroeninq ilə Ceffri Epşteyn arasında yaxın dostluq münasibətləri olub. Yəni məsələ gələcəkdən gələn vəhy deyil, dost çevrəsinin genişliyi imiş.

Adam fikirləşir: sən bu qədər qaranlıq adamlarla eyni masada otur, eyni təyyarəyə min, eyni adalara yolun düşsün, sonra da “təsadüfən” dünyanı idarə edən dəli sürünənlər (reptiloidlər) barədə zarafat edəsən…

Bu nöqtədə bir az geriyə qayıdaq. Bir vaxtlar Epşteynlə ortaq vəkilə sahib olan terrorçubaşı Fətullah Gülənin ətrafında da eyni “möcüzə” havası vardı. Müridlər bir otaqda nə danışırdısa, bir azdan Gülən çıxıb eyni mövzunu “peyğəmbər yuxuda mənə belə dedi”, “içimə doğdu” adı ilə təqdim edirdi. Hamı da heyran: “Bu adam qeyb aləmi ilə onlayndır”.

Danabaşlar elə bilirdi ki, adama vəhy gəlir. “İlahi Wi-Fi” var, parolu da “xidmət”. Kim nə fikirirləşirsə, Gülən artıq bilir. Heç kimin ağlına gəlmirdi ki, bəlkə məsələ göydə yox, tavanda ya da masanın altındadır.

Sonra pərdə aralandı. Sən demə, nə vəhy varmış, nə də mistika. Otaqlara “juçok”lar (gizli dinləmə cihazları) yerləşdiriblərmiş. Müridlər çay içə-içə danışır, plan qurur, qeybət edir, Gülən də bir azdan çıxıb hamısını “mən hiss etdim” formatında təkrar edir.

İndi Epşteyn modelinə baxırsan, eyni şeydir, sadəcə daha bahalı. Adalar var, siyahılar var, kameralar var, uçuş jurnalları var. Yəni Gülənin “juçok”u nə idisə, Epşteynin sistemi onun premium, beynəlxalq, VIP versiyasıdır. Stil eyni, büdcə başqa.

Beləliklə, hər şey aydınlaşır:

Gülən “bilirdi”, çünki qulaq asırdı.

Epşteyn “bilirdi”, çünki hər şeyi yazırdı.

Simpsonlar “bilirdi”, çünki bilənlərlə dost idi.

Avamlar isə bunlara ağzı açıq baxırdı. Halbuki eyni çirkin texnologiyalar bu gün də davam edir. Epşteyn ifşa oldu, FETÖ ifşa oldu, ancaq bu fəaliyyətlər dayanmır. Dünən biri, bu gün başqası… Cəmiyyət kor-koranə inanmağa və kirli düşünməyə davam etdikcə, bu mexanizmlər də var olacaq.

İsmayıl Yusifoğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05