Əraqçi ilə Lavrov telefonla danışdılar
İranın xarici işlər naziri Abbas Əraqçi ilə rusiyalı həmkarı Sergey Lavrovla arasında telefon danışığı baş tutub.
Yenicag.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı zamanı Abbas Əraqçi ABŞ və sionist rejimin müharibə və təcavüzünün sona çatdırılması ilə bağlı İslam Respublikasının son mövqeləri və təşəbbüsləri barədə Rusiya xarici işlər naziri Sergey Lavrovla fikir mübadiləsi aparıb.













