Əraqçi: "İran qarşılıqlı hörmətə əsaslanan diplomatiyaya açıqdır"

media-hightechnic-468x90

İran ardıcıl olaraq diplomatik danışıqlar aparır və xalqın hüquqlarının təmin edilməsi üçün heç bir fürsəti qaçırmır.

Yenicag.az İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçi islam inqilabının qələbəsi münasibətilə İmam Xomeyni məqbərəsində deyib.

“Diplomatiya qarşılıqlı hörmət əsasında və maraqların nəzərə alınması ilə həyata keçirilməlidir” , – Əraqçi bəyan edib.

Onun sözlərinə görə, İran belə diplomatiyaya açıqdır.

Qeyd edək ki, İrandakı son etirazlardan sonra bu ölkənin ABŞ ilə münasibətləri gərginləşib. ABŞ Prezidenti Donald Tramp İran istiqamətində güclü donanma göndərdiyini açıqlayandan sonra yeni savaş təhdidləri artıb. Hazırda mümkün hərbi münaqişə riskinin aradan qaldırılması üçün tərəflər arasında danışıqların aparılması gözlənilir./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.02.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa