Ərdoğan ABŞ-a gedir – TARİX və SƏBƏB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da ABŞ-a səfər edəcək.

Yenicag.az “HaberTürk”ə istinadən xəbər verir ki, bunu Ərdoğan ABŞ səfəri ilə bağlı sualı cavablandırarkən özü deyib.

Bildirilib ki, o, 19-22 sentyabr tarixində keçiriləcək BMT-nin Baş Assambleyasına qoşulacaq.

“Nəsib olarsa, bazar günü (sentyabrın 19-u) ABŞ-dayıq.  Bazar ertəsi günü  Nyu-Yorkda BMT Bas Assambleyasının iclasına qatılacağıq. Həmin gün BMT binası qarşısında tikilən 36 mərtəbəli “Türk Evi”nin açılışında iştirak edəcəyik”- deyə Türkiyə Cümhuriyyətinin Prezidenti  qeyd edib.