Ərdoğan AKP-yə geri qayıdır

media-hightechnic-468x90

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasına (AKP) geri qayıdır.

media-banner_tuq

Yeniçağ.az xəbər verir ki, partiyanın Mərkəzi Qərar və İdarəetmə Şurasında dünən qəbul edilən qərara əsasən, Ərdoğan bu gün təşkil ediləcək mərasimdə partiya üzvü olacaq. Türkiyə prezidentinin mayın 21-də keçiriləcək növbədən kənar kongresdə AKP-nin sədri vəzifəsini tutacağı da gözlənilir.

Xatırladaq ki, Rəcəb Tayyip Ərdoğan 2014-cü il avqustun 27-də prezident seçildikdən sonra qurucusu olduğu AKP-nin üzvlüyündən çıxıb. Aprelin 16-da Türkiyədə baş tutan referendumla ölkə Konstitusiyasına prezidentin partiya üzvü olmasına imkan verən dəyişiklik edilib.

Yeniçağ.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05