“Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin Avazada baş tutan görüşündə mühüm qərarlar qəbul edilib”.
Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib.
Onun sözlərinə görə, enerji, təbii qaz, nəqliyyat sahələrində atılacaq addımlar çox böyük önəm daşıyır: “Biz bu gün bunun əsasını qoysaq, gələcəyə doğru mühüm addımlar atmış olacağıq. Türkiyə, Azərbaycan və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü tarixə Avaza Zirvəsi olaraq yazılacaq”.
Ərdoğan həmçinin bildirib ki, Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olması qurumu gücləndirəcək: “Üç ölkə liderinin görüşü çox böyük addımlar atılacağının göstəricisidir”.
www.yenicag.az