“Türkiyə və Rusiya olmadan Zəngəzur dəhlizi MÜMKÜNSÜZDÜR” – Politoloqdan Paşinyana SƏRT CAVAB

media-hightechnic-468x90

“Orta Dəhliz Türkiyə olmadan işlək ola bilməz. Əgər tarixi ‘İpək Yolu’ndan söhbət gedirsə, bu, Türkiyə üzərindən Avropaya doğru yüklərin daşınması deməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.

media-media-img_2410-3wu06k-300x200

Politoloq Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı Rusiya və Türkiyənin iştirakına qarşı çıxan son açıqlamalarını şərh edərkən, İrəvanın reallıqdan uzaq olduğunu vurğulayıb:

“Əslində Ermənistan hazırda kifayət qədər mürəkkəb vəziyyətdədir. Türkiyə istər-istəməz bu işin əsas tərəflərindən biridir. Digər tərəfdən, Ermənistanın mövcud dəmir yollarından Rusiya istifadə edir. Dolayısı yolla da olsa, Rusiya da bu prosesin aktiv iştirakçısı olacaq”.

Telman Nüsrətoğlunun sözlərinə görə, dəhlizin fəaliyyətə başlaması üçün tərəflər arasında gec-tez bir razılaşma əldə olunacaq. Çünki bu marşrutun işləməsi birbaşa böyük dövlətlərin maraqlarından keçir:

“Əgər dəhliz işləyəcəksə, Türkiyə və Rusiya olmadan onun fəaliyyəti mümkünsüz görünür. Buna görə də bu məsələdə mütləq geosiyasi uzlaşma əldə edilməli, müvafiq dövlətlərin maraqları diqqətə alınmalıdır. Paşinyanın istəyindən asılı olmayaraq, reallıq bunu tələb edir”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa