Ərdoğan Azərbaycan xalqını təbrik etdi

media-hightechnic-468x90

“Qarabağ zəfərinin dördüncü ildönümünü böyük sevinc və qürurla qeyd edən Can Azərbaycanın, Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm”.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü ilə bağlı “X” hesabında etdiyi paylaşımda yazıb.

“Prezident İlham Əliyev qardaşımın timsalında 44 günlük Vətən müharibəsini zəfərə çatdıran Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman heyətini ölkəm və millətim adından hörmətlə salamlayıram.

Adlarını tarixə şərəflə yazdıran əziz şəhidlərimizin hamısını rəhmətlə yad edir, uca ruhlarının şad olmasını diləyirəm. Qarabağ səmasında nazlı ayparanın dalğalanması üçün canından keçən o qəhrəmanları hər zaman minnətdarlıqla yad edəcəyik”,- deyə paylaşımda qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600