!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Azərbaycana səfərini LƏĞV ETDİ

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayının 6-da Azərbaycan səfəri ləğv edilib. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə millisinin futbolçusu Merih Dəmiral “AVRO-2024” futbol çempionatının 1/8 final mərhələsində Türkiyə – Avstriya matçında qol vurduqdan sonra əli ilə “Bozqurd” işarəsini göstərib. Bundan sonra “UEFA” Türkiyə milli komandasının futbolçusu ilə bağlı araşdırmaya başlayıb.

Qeyd olunub ki, bu hadisədən sonra Ərdoğan milliyə dəstək vermək məqsədilə Almaniyaya səfər edərək oyunu stadiondan izləyəcək: “Prezident Ərdoğan milliyə dəstək olmaq və onların yanında olduğunu göstərmək üçün iyulun 6-da Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının görüşünü ləğv edərək Almaniyaya getməyə qərar verib. Ərdoğan Türkiyə – Hollandiya matçını stadiondan izləyəcək”.

Xatırladaq ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı. /unikal

COP29

www.yenicag.az

125
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv