"Ərdoğan hər iki lideri İstanbulda bir araya gətirə bilər" – Politoloq AÇIQLAMA

media-hightechnic-468x90

“Rusiya-Ukrayna danışıqlarının İstanbulda keçirilməsi ən optimal variantdır”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Politoloq Rusiya və Ukrayna arasında gözlənilən növbəti görüş üçün İstanbulun sülh naminə ən uyğun məkan olduğunu vurğulayıb:

“Bu günə qədər ‘İstanbul formatı’ danışıqlar üçün ən uğurlu və əsas platforma olub. Biz əvvəllər də İstanbulda keçirilən görüşlərdə konkret nəticələrin şahidi olmuşuq. Məsələn, 2022-ci ildə əldə edilən “Taxıl razılaşması” və əsirlərin mübadiləsi məsələsini xüsusi qeyd etmək lazımdır. Ukrayna ‘Azov’ döyüşçülərinin azad edilməsini məhz Türkiyənin vasitəçiliyi ilə reallaşdıra bilmişdi. Ona görə də, İstanbul formatı ən effektiv variantdır. Türkiyə həm də neytral ölkə kimi səciyyələndirilir. Qeyd etmək yerinə düşər ki, tərəflərin bu məsələdə Türkiyəyə xüsusi etimadı var. Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana böyük rəğbət bəsləyir və bunu dəfələrlə özü də bəyan edib. Bu baxımdan, düşünürəm ki, Ərdoğan hökumətinin münaqişənin həllində vasitəçiliyi kifayət qədər realdır və hər iki tərəf üçün faydalıdır. Həm Ukrayna, həm də Rusiya rəhbərliyi buna istəklidir. Atəşkəs müqaviləsinin də gələcəkdə Türkiyə ərazisində imzalanacağını ehtimal edirəm. Liderlərin növbəti görüşünün Türkiyədə keçirilməsi üçün güclü zəmin var; Putin və Zelenski məhz Ərdoğanın vasitəçiliyi ilə İstanbulda bir araya gələ bilərlər”.

“Bu görüşdən konkret hansı nəticələr çıxa bilər?” sualına politoloq belə cavab verib:

“Bu görüş nəticəsində müharibə dayandırıla bilər və bu baş verməlidir. Atəşkəsin əldə olunması ən vacib şərtdir. Böyük ehtimalla, hər iki ölkənin qoşunları mövcud mövqelərində qalacaq və əsas müzakirələr atəşkəsin qorunması mexanizmləri üzərində qurulacaq”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05