Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 20 avqust tarixində Macarıstana rəsmi səfər edəcək.
Yenicag.az xəbər verir ki, Ərdoğanın Macarıstanın Milli Günü münasibətilə Budapeştdə keçiriləcək mərasimdə iştirakı gözlənilir.
Məlumata əsasən, Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşəcək.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq, ticarət və mədəni əlaqələr, Rusiya-Ukrayna müharibəsi, NATO-nun genişlənmə siyasəti və Avropa İttifaqı ilə əlaqələrini də ətraflı müzakirə edəcək.
www.yenicag.az