!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan Makronu ağ yuyub, qara sərdi: "İşdən sıyrılmağa çalışır, ikiüzlü..."

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət televiziyasında jurnalistlərin suallarını cavablandırıb. 

Yenicag.az xəbər verir ki, daxili və xarici siyasətlə bağlı bir sıra məsələlərə toxunan Ərdoğan Fransa prezidenti Emmanuel Makronun ünvanına sərt ifadələr işlədib.

İŞİD-i maliyyələşdirən fransız “Lafarge” şirkəti haqqında danışan Ərdoğan Makronu ikiüzlülükdə ittiham edib.

“İŞİD-lə mübarizə adı altında bəzi ölkələr tərəfindən PKK/YPG-yə verilən dəstək qəbuledilməzdir. “Lafarge” şirkətinin İŞİD ilə bağlı fəaliyyətləri bu çərçivədə Fransa məhkəmələri tərəfindən aşkarlanıb və bu barədə qərar verilib. Terrorçuların orada açdığı tunellər “Lafarge”nin dəstəyi ilə olub. Bunu Makrona da söylədim. Heç bir məlumatı yoxmuş kimi davranır. Bunlar belədirlər, təəssüf ki, ikiüzlüdürlər”, – deyə Ərdoğan qeyd edib.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv