Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Putinlə Əfqanıstandakı son vəziyyəti müzakirə etdi

Reklam: Sinerji Pro

Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

R.T.Ərdoğan və Vladimir Putin Əfqanıstandakı son vəziyyəti müzakirə edərək terrorizm və narkotik ticarəti ilə mübarizənin prioritet olduğunu vurğulayıblar.

Hər iki ölkənin lideri Əfqanıstanda sabitliyin və vətəndaş sülhünün təmin edilməsinin vacibliyini qeyd edib və məsələlərin həlli istiqamətində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

www.yenicag.az

230
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100