Ərdoğan Starmer ilə telefon danışığı apardı

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı aparıb.

Yenicag.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı məlumata görə, telefon danışığında iki ölkə arasındakı münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub.

Söhbət zamanı “Eurofighter” döyüş təyyarələrinin tədarükü istiqamətində əldə olunan irəliləyişlər qiymətləndirilib və bu sahədəki əməkdaşlığın Türkiyə ilə Britaniya arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

Ərdoğan, eyni zamanda, Türkiyə ilə Böyük Britaniya arasında mövcud olan Azad Ticarət Sazişinin yenilənməsinə dair aparılan danışıqlardan bu il nəticə əldə olunacağına ümid etdiyini bildirib.

Telefon danışığında Qəzzada davam edən humanitar böhran da əsas müzakirə mövzularından biri olub. Ərdoğan bölgədə aclıqdan ölüm hallarının qarşısının alına bilmədiyini və Qəzzaya təcili humanitar yardımın çatdırılmasının zəruriliyini diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600