Ərdoğan süni intellektlə bağlı videomesaj göndərdi

media-hightechnic-468x90

“Süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir göstərir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səhiyyə Nazirliyi və Türkiyə Səhiyyə Qurumları İdarəsinin (TÜSEB) süni intellekt mövzusunda birgə təşkil etdiyi 9-cu Türk Tibb Dünyası Qurultayına videomüraciətində deyib.

“Bu il 9-cu dəfə təşkil olunan Türk Tibb Dünyası Qurultayı səhiyyə sahəsində əməkdaşlıq potensialımızın tam səfərbər olunmasında çox mühüm rol oynayır. Getdikcə böyüyən və 2030-cu ildə 1,5 trilyon dollarlıq bazara çatacağı gözlənilən süni intellekt texnologiyaları həyatımızın hər sahəsinə təsir göstərir. Səhiyyə sahəsində süni intellekt mövzusu altında keçiriləcək təqdimat və müzakirələrin hamımızın dünyagörüşünü genişləndirəcəyi şübhəsizdir”.
Mənbə: Haber Global

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05