Ərdoğan Suriya Prezidenti ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə telefon danışığı aparıb.
Yenicag.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə olunub.
Ərdoğan bildirib ki, İsrailin Suriyaya hücumları qəbuledilməzdir və bu hücumlar bütün region üçün təhlükə yaradır. Türkiyə bundan sonra da Suriya xalqına dəstək verməyə davam edəcək.
Ölkə başçısı Suriyada druzlar arasında əldə edilən atəşkəsi Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını deyib.
Suriya Prezidenti Şara siyasi birliyin qorunması, torpaqların bütövlüyünün təmin olunması və suverenliyin saxlanması üçün Prezident Ərdoğana təşəkkürünü bildirib.