Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılmasını Trampla müzakirə etmək niyyətindədir
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.
Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.
“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, – deyə Ərdoğan bildirib.
“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə təhlükə hələdə qalmaqda davam edəcək”, – deyə Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.
Yeniçağ.Az