Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan Trampa səsləndi: “Güləni təhvil verin...”

Atlantik Şuranın İstanbul Sammitində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ terror şəbəkəsi ilə bağlı ABŞ-a daha bir çağırış edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan “İstanbul Swissotel”də baş tutan tədbirdəkı çıxışında ABŞ prezidenti Donald Trampla birlikdə ikitərəfli münasibətlərdə yeni səhifə açacaqlarına inandığını bildirib:

“Hörmətli Trampla Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açacağımıza inanıram. Hazırda Trampın daha qətiyyətli mövqe tutacağının əlamətlərini görürük.

Əsəd rejimi dinc əhalini qətlə yetirməsinin sükutla qarşılanmayacağını artıq görüb. Trampla görüşümüzdə ikitərəfli münasibətləri, regional məsələləri müzakirə edəcəyik.

Amerikalı dostlarımızdan gözləntilərimiz Türkiyənin üzləşdiyi təhdidləri düzgün dərk etmələridir. ABŞ-ın Suriyada YPG və PYD ilə birgə hərəkət etməsi tərəfdaşlıq ruhuna mənfi təsir göstərir.

15 iyul çevriliş cəhdinin rəhbərinin Pensilvaniyada hələ də terror fəaliyyətini davam etdirməsindən millətimiz çox narahatdır. Terrorçubaşının ABŞ-da oturub, 170 ölkədəki şəbəkəni yönləndirməsindən narahatıq.

Bu cinayətkar təşkilat ABŞ bir yana, dünyanın heç bir yerində mövcud olmamalıdır. ABŞ-dan əsas gözləntimiz FETÖ rəhbərinin Türkiyəyə təhvil verilməsidir”.

Yeniçağ.Az

Loading...

www.yenicag.az

524